İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
Eləcə də bax: «Bakı Ayaqqabı Fabriki» satışa çıxarıldı – İNVESTİSİYA MÜSABİQƏSİ – ŞƏRTLƏR
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ƏMDX-nın Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.
Bununla belə, o, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb.
"Qalib rəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - Ə.Mirzəyev qeyd edib. (Report)