Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının 85 faizinin və əmək kollektivi üzvlərinə güzəştli satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
2024-cü ilin yanvarında 20 dövlət əmlakının - HƏRRACI KEÇİRİLƏCƏK
Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5B ünvanında yerləşən “Bakı Alüminium Profil” MMC-nin ümumilikdə 3 121 538 manat həcmində öhdəlikləri var və onların restrukturizasiyası şərtləri müsabiqə qalibi ilə imzalanacaq müqavilədə nəzərə alınacaq.
MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 3 000 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2 800 000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://clck.ru/37XMJ2 linki vasitəsilə tanış olmaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 31 yanvar 2024-cü il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 1 fevral 2024-cü il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.