Bakı daşınmaz əmlak bazarında təkrar mənzillərin orta qiyməti yüksəlib.
Mənzil bazarında qiymətlər artıb - DETALLAR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında qeyd olunub. 2023-cü illə müqayisədə 2024-cü ildə təkrar bazarda mənzilin dəyəri 18% artıb.
Hesabatda bildirilir ki, daşınmaz əmlak bazarında təklif edilən bir mənzilin orta qiyməti ümumilikdə yüksəlib. Lakin 2024-cü ilin əvvəli ilə sonu müqayisə edildikdə, təkrar bazarda orta mənzil qiymətində 2%-lik ucuzlaşma qeydə alınıb. Digər tərəfdən, təkrar mənzil bazarında il ərzində ümumi qiymət artımı 20%-ə qədər çatıb.