İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 5 səhmdar cəmiyyətinin səhm paketini, 1 "Point Brower D" markalı gəmini və 82 avtomobili hərraca çıxarmağa hazırlaşır.
Tanınmış şirkətin 22 milyon manat vergi borcu varmış – ƏMLAKI HƏRRACA ÇIXARILDI
FED.az quruma istinadən xəbər verir ki, hərracla 1, 8 və 15 sentyabrda olacaq.
Belə ki, sentyabr 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.
Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar "Salyan Kəndkimya", "Xosrov Metal Plastmas", "Lerik Kəndkimya", "Yevlax Kəndnəqliyyat" və "Əli Bayramlı Konserv" açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68 807 -837 777 manat arasında dəyişir.
Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri gəmidir.












