Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib.
Eləcə də bax: Daha 10 dövlət əmlakı - ÖZƏLLƏŞDİRİLİB
Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir.
Bundan başqa, hesabat dövründə investisiya müsabiqəsi vasitəsi ilə 2 dövlət əmlakı özəlləşdirilib.
9 ay ərzində hərraca çıxarılmış dövlət əmlakları üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub. Özəlləşdirmə prosesində müasir yanaşmaların tətbiqi şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub.
Yanvar-sentyabrda 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb.
Bu ilin yanvar-sentyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58 milyon manat təşkil edib, 9 aylıq proqnoz 78,1% icra edilib.
Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6 milyon manat ödənilib və illik proqnoza 105,7 % əməl olunub. Ptən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmalar 43,9 % artıb.