Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 26-da təşkil olunmuş növbəti hərracda 10 dövlət əmlakı özəlləşdirilib.
Eləcə də bax: "Azərbaycan Sənaye Korporasiyası"nın tütün şirkəti - ÖZƏLLƏŞDİRİLİR
Xidmətdən FED.az-a bildirilib ki, bunlardan 7-si nəqliyyat vasitəsi, 3-ü isə kiçik dövlət müəssisəsidir. Özəlləşdirilən dövlət əmlakı üzrə 3-ü elektron olmaqla 40 sifariş verilib. Kiçik dövlət müəssisələri İmişli və Yevlax rayonlarında yerləşir.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.