Azərbaycanda fəaliyyət göstərən məşhur quşçuluq şirkətinin səhmləri satışa çıxarılıb.
Azərbaycanda məşhur zavodun səhmləri satışa çıxarıldı - DETALLAR
FED.az xəbər verir ki, sözügedən şirkət Salyan broyler №376 şirkətidir. Şirkət 26.12.2000 tarixində təsis edilib.
Belə ki, oktyabr ayının 8-də keçiriləcək təkrar pul hərracında şirkətin səhmləri hərrac vasitəsilə satışa çıxarılacaq.
Nizamnamə kapitalı 1 120 118 manat olan şirkətin satışa çıxarılan səhmlərinin nominal dəyəri 336 450 manatdır. Bir səhmin nominal qiyməti isə 2 manatdır.
Buraxılmış səhmlərin ümumi sayı 560 059 ədəd təşkil edir və bu səhmlərin 30%-i başqa sözlə 168 225 ədədi satışa çıxarılacaq.
Son olaraq qeyd edək ki, satışa çıxarılan səhmlərin ilkin hərrac qiyməti 168 225 manat müəyyən edilib.