Azərbaycanda fəaliyyət göstərən məşhur fındıq zavodunun səhmləri satışa çıxarılıb.
Bu gün 85 milyon dollar satıldı - VALYUTA HƏRRACI
FED.az xəbər verir ki, sözügedən zavod “Zaqatala Fındıq” ASC-dir.
Belə ki, oktyabr ayının 8-də keçiriləcək təkrar pul hərracında zavodun səhmləri hərrac vasitəsilə satışa çıxarılacaq.
Müəssisə Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 ünvanında yerləşir.
Nizamnamə kapitalı 838 min 868 manat olan zavodun satışa çıxarılan səhmlərin nominal dəyəri 251 min 984 manatdır. Bir səhmin nominal qiyməti isə 2 manatdır. Buraxılmış səhmlərin ümumi sayı 419 434 ədəd təşkil edir və bu səhmlərin 30%-i başqa sözlə 125 992 ədədi satışa çıxarılacaq.
Son olaraq qeyd edək ki, satışa çıxarılan səhmlərin ilkin hərrac qiyməti 125 992 manat müəyyən edilib.