2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi I rübə nəzərən 1.1% artıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il avqust ayı üzrə açıqladığı Pul Siyasəti İcmalına istinadən xəbər verir.
Bu dövrdə ilkin mənzil bazarında qiymətlər 3.2%, təkrar mənzil bazarında isə 1.1% yüksəlib.
2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi 13.8%, o cümlədən ilkin mənzil bazarında 12.9%, təkrar mənzil bazarında isə 13.8% artıb.