DSK-nın məlumatına əsasən iyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində illik 11%, o cümlədən bitkiçilik məhsullarının qiymətində 11.4%, heyvandarlıq məhsullarının qiymətində isə 10.6% artım müşahidə olunub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il avqust ayı üzrə açıqladığı Pul Siyasəti İcmalına istinadən xəbər verir.
2025-ci ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi illik 11.3% aşağı düşmüşdür. O cümlədən, istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 15.1% azalmış, qeyri-neft-qaz sənayesi məhsulları üzrə isə 4.3% artıb. Emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi illik əsasda 5.5% artıb.
2025-ci ilin iyun ayında illik əsasda qiymət indeksi nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 1.5%, nəqliyyatda yükdaşıma xidmətində 1.9%, poçt və kuryer xidmətlərində 1.8%, reklam xidmətlərində 0.4% proqram təminatının işlənməsi ilə əlaqəli xidmətlərdə isə 4.9% artıb.