2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 93,4%-i bu üç ərazi idarəsinin payına düşür.
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirlib.
Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (13 müqavilə), 14 saylı Şamaxı (21 müqavilə) və 11 saylı Şəmkir (24 müqavilə) ərazi idarələridir.