Azərbaycanda ilk dəfə olaraq nərə bağıqlarının hərracda satışı həyata keçiriləcək.
MM komitə sədri: "Balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır"
FED.az xəbər verir ki, avqust ayında Neftçala rayonunda «Xıllı Balıq» MMC nərəcinsli balıqların hərrac vasitəsilə satışı həyata keçirəcək.
Qeyd edək ki, hərracda 800-dən artıq balıq satılacaq. Akvakultura üsulu ilə yetişdirilmiş balıqlardan 330-nun çəkisi 2-8 kq arası, 500-nün orta çəkisi isə 0,5-0,6 kq olacaq. Hərracda çəkisi 2-8 kg olan balıqlar üzrə qiymət 27 manatdan, çəkisi 0.5-0.6 kq olan balıqlar üzrə isə 12 manatdan başlayacaq.
Hərracda iştirak etmək istəyən şəxslər əvvəlcədən müraciət edərək qeydiyyatdan keçməlidirlər.