2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 65 minə yaxın ipoteka (əmlakın girov) müqaviləsi qeydiyyata alınıb.
Bu gün Azərbaycanda ən çox alınıb-satılan əmlak – TORPAQ SAHƏLƏRİDİR – RƏSMİ AÇIQLAMA
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, ilk 11 ayda ölkədə 262 647 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artım deməkdir.
2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan girov müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 64 963 olub.