Azərbaycanda daşınmaz əmlaklar arasında hazırda ən çox əməliyyat torpaq sahələri ilə aparılır.
Pay torpaqlarının sənədləşdirilməsi ilə bağlı bir sıra çətinliklər var - DÖVLƏT XİDMƏTİ
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 332 343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bura əmlakların alqı-satqısı üzrə rəsmiləşdirilərək çıxarış verilməsi və ya çıxarışsız əmlakların sənədləşdirilməsi aiddir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 22% artıb.
Hətta bu ilin 11 ayında daşınmaz aparılan əməliyyatların sayı 2021-ci ilin bütün dövründən 27 305 ədəd artıqdır.
Xidmətin məlumatına görə, 11 ay ərzində ölkədə 77 733 əmlaka ilk dəfə çıxarış verilib. Bu bütün əməliyyatların 23,4%-i deməkdir. 254 610 əmlak isə alınıb-satılıb, bağışlanıb v sair.
Ötənilki göstəricilərlə müqayisədə bu il ilkin qeydiyyat, yəni çıxarış alan əmlakların sayı 33% artıb.
Əvvəlki illərdə olduğu kimi, bu il də daşınmaz əmlakla aparılan əməliyyatların böyük hissəsi torpaqların payına düşür.
Belə ki, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan 332 min 343 əmlakdan 192 156-sı və ya 58%-i torpaq sahələridr. Qeydiyyatın 45 033-ü yəni 13,5%-i fərdi yaşayış və bağ evləriin, 84 273-ü və ya 25%-i mənzillərin payına düşüb.
Bundan başqa, ilk 11 ayda 3 231 qeyri-yaşayış binası, 6 857 qeyri-yaşayış sahəsi, 732 əmlak kompleksi, 60 çoxmərtəbəli yaşayış binası, eləcə də 1 çoxillik əkmələr üzrə əməliyyat aparılıb. 11 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.