Azərbaycandi girov qoyulan əmlakların sayında kəskin artım baş verib.
Əmlak məsələləri Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında ölkədə 15 047 əmlakın girovluğu qeydiyyata alınıb. Bu ötən ilin eyni dövrü ilə (10 125 girov) müqayisədə 4 922 ədəd və ya 48,6% artıqdır.
Təkcə mart ayında 5192 girov qeydə alınıb ki, bu da ötən ilin martı ilə müqayisədə 36% artıqdır. Ötən ilin martında bu göstərici 3816 olub.
Bu il Azərbaycanda 18 min əmlaka - İLK DƏFƏ KUPÇA VERİLİB
Ölkənin bank sektorunda kreditlərin, o cümlədən ipoteka kreditlərinin həcminin sürətlə böyüdüyünü nəzərə aldıqda, girovların sayının artması kridit aktivliyinin yüksəlməsi və qeydiyyat prosesinin sadələşməsi ilə bağlıdır.
Ölkə üzrə qeydə alının girovların 7 717-si və ya 51,3%-i Bakı şəhərinin payına düşüb. Bundan başqa, girovların ən çox qeydə alındığı bölgələr Sumqayıt (1 222 ədəd) və Abşeron (1 904 ədəd) idarələridir.
Üummilikdə ilk 3 ayda ölkə üzrə qeydə alınan yeni girovların sayı 10,8 mindir və bu ölkə üzrə bütün girovların 72%-ni təşkil edir.