2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 73 346 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əmlakın qeydiyyatı 8,2% artıb.
“Kupça”sız mənzillərə vergi ödənilməlidir? – VİDEO
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a verildən məlumata görə, bunun böyük hissəsi – 55 367 - təkrar qeydiyyata, yəni alqı-satqı və bağışlanmaya aiddir. Təqribən 17979 daşınmaz əmlak isə ilkin qeydiyyata alınıb, yəni ilk dəfə «kupça» verilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə təkrar qeydiyyat 9,1%, ilkin qeydiyyat isə 6,4% artıb. Belə ki, 2021-ci ilin yanvar-mart aylarında ilkin qeydiyyata alınan əmlakların sayı 17 057 olub.
İlkin qeydiyyata alınan, yəni kupça verilən hər 4 əmlakdan 1-i Bakı şəhərindədir.
Bununla yanaşı, ən çox «kupçalaşdırma» göstəricisi – Şəki, Zaqatala və Qusar bölgəsində qeydə alınıb.
Əmlak növlərinə görə isə ən çox ilkin qeydiyyat torpaq sahələrini payına düşüb. Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a verildən məlumata görə, ilk 3 ayda ölkədə 9 191 torpaq sahəsi ilk dəfə kupça alıb, bu – kupçalaşdırılan bütün əmlakların 51%-idir. Kupçalaşdırılan əmlakların 4264-ü mənzillər, 3712-si isə fərdi evlər olub.