İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanvarın 24-də, 27-də və 31-də keçirəcəyi hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq.
80 dövlət əmlakı - HƏRRACA ÇIXARILACAQ
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, onlardan 5-i səhmdar cəmiyyətlərinin səhm paketləri, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
1-ci hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1 300 manat, ən yuxarı ilkin qiyməti isə 102 500 manatdır.
2-ci hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
3-cü hərraca isə müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.