İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanvarın 10-da 80 dövlət əmlakını hərraca çıxarmağa hazırlaşır.
Bu gün Azərbaycanda ən çox alınıb-satılan əmlak – TORPAQ SAHƏLƏRİDİR – RƏSMİ AÇIQLAMA
FED.az quruma istinadən xəbər verir ki, bunlardan 5-i səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisəsi və obyekti, 64-ü isə nəqliyyat vasitəsidir.
Səhmdar cəmiyyətlərə “Bakavtoservis”, “Goranboy Aqrotexservis” və digərləri aiddir. Onların nizamnamə kapitalı 20 734 – 1 299 800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” ASC-dir. Bu səhmdar cəmiyyətin 30,03%-lik səhm paketi alıcılara təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Cənubi Koreya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1992-2014-cü illəri əhatə edir.