Azərbaycan daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsini öyrənəcək.
Azərbaycanın əmlakla əməliyyatlar kəskin artıb - 180 MİN ƏMLAKA «KUPÇA» VERİLİB
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə informasiya sistemlərinin funksionallıq, hesabatlılıq, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi istiqamətləri üzrə müzakirələr aparılıb.