Böyük Britaniyada demək olar ki, hər dörd nəfərdən biri bu qış istilik sistemini işə salmaq niyyətində deyil.
Eləcə də bax: Rusiyanın keçmiş prezidenti Avropanı hədələyib – «QAZIN QİYMƏTİ 5000 AVRO OLACAQ»
FED.az xəbər verir ki, “Savanta ComRes”in araşdırmasına görə, buna səbəb enerji qiymətlərindəki rekord artımdır.
Sorğunun nəticələrinə əsasən, britaniyalıların 23%-i bu qış isitmə sistemini yandırmamaq qərarına gəlib. Respondentlərin 69%-i istilik dərəcəsini aşağı salmağı planlaşdırır.
Rəyi soruşulanların 11%-i isə enerji xərclərini ödəmək üçün kredit götürməyi düşünür. (Oxu.az)