Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 207 669 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 39 % artırıb
FED.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.
7 aylıq göstəricinin 33 572-si (16,1 %) ilkin, 174 097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 29,2 % və 31 % azdır.
Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 33 395, mənzil üzərində 46 933, torpaq sahəsi üzərində 120 079, qeyri-yaşayış binası üzərində 1 921, qeyri-yaşayış sahəsi üzərində 4 863, əmlak kompleksi üzərində 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54 558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
7 ay ərzində 154 905 texniki pasport tərtib edilib, 41 226 ipoteka müqaviləsi qeydiyyata alınıb.