Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çox - 122,8 milyon manat vəsait köçürüb.
Eyni mənzil bir neçə nəfərə satılır - Qarşısı necə alınacaq?
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 7 aylıq ödənişin 100,7 milyon manatı (45,95 % çox) özəlləşdirmə, 22,1 milyon manatı (14,5 % çox) isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 35 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.