Ruslar 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində ən çox daşınmaz əmlak alıcısına çevrilib.
Türkiyədə bir ildə 3,5 milyon əmlak satılıb – ŞƏHƏRLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" agentliyi Dubayda yerləşən "Betterhomes" broker şirkətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukraynadakı münaqişə fonunda rusların daşınmaz əmlak almağa marağı artıb. Şirkətin məlumatına görə, ötən il Dubayda mənzil alqı-satqısı üzrə 86 mindən çox əməliyyat qeydə alınıb ki, bu da 2009-cu ildə qeydə alınan 80 min əməliyyat rekordundan çoxdur. Ümumilikdə, BƏƏ-nin ən böyük şəhərində (Dubay) 2022-ci ildə təxminən 208 milyard dirhəm (56,6 milyard dollar) məbləğində daşınmaz əmlak satılıb ki, bu da 2021-ci illə müqayisədə təxminən 80% çoxdur.
Dubayda daşınmaz əmlakın ilk beş alıcısında ruslardan sonra ikinci yerdə britaniyalılar, üçüncü yerdə hindlilər, dördüncü yerdə italyanlar, beşinci yerdə isə fransızlar qərarlaşıb.
Bloomberg-in məlumatına görə, Çindən daşınmaz əmlak alıcıları Çin hakimiyyətinin yürütdüyü koronavirusla mübarizədə sərt siyasətə görə ilk beşlikdən kənarda qalıb.
“Dubay, çox güman ki, əməliyyatların sabitliyini təmin etmək üçün yeni sakinlər və investorlar cəlb etməyə davam edəcək”, - "Betterhomes" şirkətinin idarəedici direktoru Riçard Uaynd bildirib.
Agentliyin məlumatına görə, daşınmaz əmlak sektoru Dubay əmirliyi iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir. (Marja)