Rusiyanın iri şəhərlərində subaylar, tələbələr, müvəqqəti yaşamağa gələnlər və kasıblar üçün mikromənzillər dəbə minib. Belə mənzillərin sahəsi 12 kvadratmetr ətrafındadır.
Eləcə də bax: Türkiyədə bir əmlakın orta qiyməti - MƏLUM OLDU - MƏBLƏĞ
FED.az xəbər verir ki, Moskvanın daşınmaz əmlak bazarına çıxarılan yeni yaşayış komplekslərinin birində mənzillərin yığcamlığına görə rekord qeydə alınıb. Burada studiya mənzilin sahəsi cəmi 11,6 m2-dir və 2,7 milyon rubla (təqribən 40 min dollara) satılır. Kazanda 12 m² lik studiya 1,35 mln rubla (20 min dollara), Novosibirksdə 850 min rubla (13 min dollara), Çeləbinskdə isə 12,7 m²-lik mənzil 450 min rubla (7 min dollara) satışdadır.
Ekspertlər bildirir ki, 12-15 kvadrametrlik mikromənzillər investorların, gənc alıcıların, regiondan işləyib-oxumağa gələnlərin diqqətini cəlb edir. Onların əsas alıcıları yaşı 30-a qədər olan Y nəslinin təmsilçiləridir. Onların mənzil seçimi üçün yaşlı nəsildən fərqlənən tamamilə fərqli prioritetləri var. Belələri üçün mənzilin yerləşdiyi binanın xarici görünüşü, gözəl girişinin olması, mənzilin özünün qeyri-adi dizaynı və əlverişli parkinqin olması daha vacibdir. Ona görə də belə insanlar mənzil seçəndə yeni tikililərə üstünlük verirlər.
Yeri gəlmişkən, Moskvada digər maraqlı tendensiya başlayıb – 40-50 kvadrametrlik mənzil alınaraq 3 yerə bölünür və onların hər birində ayrıca sanitar qovşağı yaradılır. Yekatirinburqda isə 18 m²-lik studiyalar yayılır, kənardan yataqxanaya oxşasa da, burada hər mənzilin sanitar qovşağı var.