İndiyə qədər Azərbaycanda 50 653 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Eləcə də bax: Vergi Xidmətinin xətti ilə bu il büdcəyə - 8 Mlrd. Manat Daxil Olub
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Bundan başqa, məlumata görə, bu ilin yanvar-noyabr aylarında həmin aparatlar üzrə dövriyyə təxminən 14 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 85,8% çoxdur.