2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % çoxdur.
Eləcə də bax: Mağaza və xidmət obyektlərindəki POS-terminallar hansı - Tələblərə Cavab Verməlidir?
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
İndiyədək ölkə ərazisində 66 339 ədəd yeni nəsil NKA-lar quraşdırılıb. (Report)