“AA” MMC məhsul istehsal edərək xarici ölkələrə ixrac edir. Şirkət yeni bazarlar tapmaq məqsədilə xaricdə təşkil olunan sərgilərdə iştirak edir və bunun üçün iştirak haqqı və stendin hazırlanmasına görə xidmət haqqı ödəyir. Bildiyimə görə sərgidə iştirak haqqı üçün ödənilən məbləğlər ödəmə mənbəyində vergiyə cəlb edilmir. Xahiş edirəm, bununla bağlı ətraflı məlumat verəsiniz. Həmin məbləğin vergiyə cəlb olunub-olunmaması Vergi Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir?
Hansı vergi ödəyiciləri mütləq ƏDV ödəyicisi hesab ediləcək?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
Sorğuda qeyd olunan halda qeyri-rezidentin əldə etdiyi gəlir, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən, Azərbaycan mənbəyindən gəlir sayılmır və ödəmə mənbəyində vergi tutulmur.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
Bu maddəyə əsaslanaraq bildirilir ki, sorğudakı xidmət Azərbaycan Respublikasının ərazisində olmadığı üçün ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 169-cu maddələri