“Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.
İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergi ödəyicisi - OLA BİLƏR?
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergiödəyicilərinin vəzifəsidir.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir.
Qeyd olunanlara əsasən, vergiödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı həmin malların alıcısına elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə-faktura ilə yanaşı, malların təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları, müqavilələr, ödəniş sənədləri və digər ilkin uçot sənədləri tərtib edilə bilər.
Ümumilikdə isə, vergiödəyicisi tərəfindən malların təqdim edilməsi zamanı təhvil-qəbul aktının, habelə digər ilkin uçot sənədlərinin tərtibatı tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.