Sadələşdirilmiş vergi ödəyicisi və işçilərinin sayı 6 nəfər olan hüquqi şəxs mebel istehsalı ilə məşğuldur, il ərzindəki dövriyyəsi 200.000 min manatdan az olub. Müəssisə sadələşdirilmiş vergi ödəyicisi statusunda qala bilərmi?
Sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi hansı öhdəliyi - YERİNƏ YETİRMƏLİDİR?
FED.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Müvafiq olaraq qeyd etdiyiniz fəaliyyət topdansatış deyil, istehsal fəaliyyətidir, bu səbəbdən malların topdansatış qaydasında satılması sadələşdirilmiş vergi hüququnu məhdudlaşdırmır.
Əsas: Vergi Məcəlləsinin 13.2.55-ci, 218.1-ci və 218.5.8-ci maddələri.