Vergi Məcəlləsinə 2022-ci il yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergi hesabatını verməyə borclu olan vergiödəyiciləri hesabatı bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.
Eləcə də bax: Vergi Xidməti Azərbaycanda - «TƏQİB VƏ İZLƏMƏ» SİSTEMİ YARADACAQ»
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi hesabatları vergiödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.
Qeyd olunub ki, vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını vergiödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır.