Vergilər Nazirliyi 2019-cu il üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: AMB ötən il 69 milyon manatdan çox - MƏNFƏƏT ƏLDƏ EDİB
FED.az xəbər verir ki, 2019-cu ildə nazirlik 121 milyon 482 min 389 manat gəlir əldə edib. Nazirliyin gəlirləri 2018-ci ilə görə, 5,5% və ya 7 milyon 84 min 705 manat azalıb.
Qeyd edək ki, 2018-ci ildə nazirliyin gəliri 128 milyon 567 min 64 manat olmuşdu.
Nazirliyin 2019-cu il üzrə gəlirinin 121 milyon 472 min 263 manatını qeyri-birja əməliyyatları, 10 min 126 manatını sair əməliyyatlar təşkil edib.
Vegilər Nazirliyinin 2019-cu ildə xərcləri 34 milyon 637 min 206 manat olub. Nazirliyin xərcləri 14,8% və ya 4 milyon 457 min manat artıb.
Belə ki, nazirliyin əmək haqqı, əmək haqqına görə ayırmalar və işçilərlə bağlı digər xərcləri 18 milyon 363 min 36 manat, sərf edilmiş materialların dəyəri 1 milyon 101 min 342 manat, amortizasiya xərcləri 1 milyon 693 min 165 manat, sair əməliyyat xərcləri 13 milyon 479 min 663 manat, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərclər 735 min 42 manat olub.
2019-cu ildə Vergilər Nazirliyinin mənfəəti 86 milyon 845 min 183 manat olub. 2018-ci ilə görə nazirliyin mənfəəti 11 milyon 541 min 712 manat və ya 11,7% azalıb.