Azərbaycanda sahibkarlara vergi güzəştlərinin bir qədər də artırılması nəzərdə tutulur.
Vergidən azad olunan məbləğ - 1000 MANATDAN 2500 MANATA QALDIRILIR
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Belə ki, gələn il sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.
Təqdimatda bildirilir ki, 2024-cü ildə maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi gözlənilir.