Azərbaycanda 2024-cü ildən bəzi vergi güzəştlərinin tətbiqi və genişləndirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Təqdimatda bildirilir ki, gələn il sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.
Belə ki, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi gözlənilir.