Vergi Xidməti ticarət məqsədilə xaricdən mal idxalı ilə məşuğ olan sahibkarın şikayəti ilə bağlı açıqlama yayıb.
Eləcə də bax: Gömrük tarifləri dəyişdiriləcək - Komitə rəhbərliyi - SAHİBKARLARLA GÖRÜŞÜB
Xidmətdən FED.az-a daxil olan məlumatda bildirilir ki, vergi və gömrük orqanları üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərini müəyyən edib onlara nəzarət edirlər.
İyul ayında aparılan belə nəzərət tədbirlərindən biri zamanı "SEYF ELAKE" MMC ilə aparılıb. Vergi Xidməti və gömrük orqanları aşkar edib ki, bu şirkət üçüncü şəxslər üçün malların idxalını həyata keçirir, amma onun təqdim etdiyi anbar sahəsi ilə gətirdiyi mallar uyğun gəlmir: «Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş 09.12.2019-cu il tarixli 1000/05/001 nömrəli Qaydaların 3.1.2-ci bəndinə əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməməsi səbəbindən risklərin olduğu müəyyən edilib»-deyə DVX-nin açıqlamasında bildirilir.
Vergi Xidməti bildirir ki, araşdırma göstərib ki, vergi ödəyicisinin anbar olaraq qeydiyyata qoyduğu təsərrüfat subyekti çoxmərtəbəli yaşayış binasında mənzil imiş və idxal edilən malların həmin ünvanda saxlanılmasının mümkün deyil.
Müəssisəyə nəzarət tədbiri zamanı isə vergi-gömrük əməkdaşları ilə buradakı şəxslər arasında mübahisə yaranıb. Vergi Xidməti bildirir ki, həmin müəssisəyə aidiyyəti (rəhbər və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Məmmədov Rəşid Mustafaqulu oğlu tərəfindən malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. «Bu zaman R.Məmmədov vergi orqanı əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədib, Dövlət Vergi Xidmətinin Dövlət Gömrük Komitəsinə ezam olunmuş texniki işçisi Məmmədov Şahir Nadir oğlu ilə mübahisə edib»-deyə açıqlamada bildirilir.
Xidmət bildirir ki, həmin proses zamanı əsassız videoçəkiliş edən R.Məmmədov özünün qanunsuz hərəkətləri olan hissələrini gizli saxlamaqla videonun yalnız sonluğunu sosial şəbəkələrdə yayımlayıb.
Bundan sonra "SEYF ELAKE" MMC-nin rəhbəri İsmayilova Nərminə Mais qızı vergi orqanına dəvət edilərək aşkar olunmuş nöqsanlar ona izah edilib. Qeyd olunan nöqsanlar müəssisənin rəhbəri tərəfindən qəbul edilib və aradan qaldırılacağı bildirilib. Daha sonra birgə eyniləşdirmə tədbiri yekunlaşdırılaraq malların gömrük nəzarətindən buraxılması təmin edilib.
Dövlət Vergi Xidməti bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.