Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 milyon manat təşkil edib.
Eləcə də bax: Gömrük Komitəsi bu il - 2 Milyard Manat Toplayıb
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilr ki, daxilolmalar üzrə proqnoz 124,4% yerinə yetirilib.
O cümlədən qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 183,9 milyon manat olub və proqnozdan əlavə büdcəyə 498,8 milyon manat ödənilib. (Report)