Xankəndi şəhərində pərakəndə ticarət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.
“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR
Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və Baş idarənin əməkdaşları iştirak ediblər.
Qarabağın yeni bankirləri iş başında: «Hər gün 150-160 müştəriyə xidmət göstəririk» –MÜSAHİBƏ
Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə məlumat verilib.
Təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanılması, vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.











