2020-ci ildə Dövlət Vergi Xidmətinin büdcədənkənar fonduna daxilolmalar 245 milyon 723,687 min manat təşkil edib.
Eləcə də bax: Dövlət büdcəsinə vergi daxilolmaları azalıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
2020-ci ildə fonda daxil olan ümumi həcmdən 245 milyon 137,932 min manat sərf olunub.
Həmçinin, bu dövrdə daha çox vəsait - 119 milyon 607,88 min manat qeyri-yaşayış binaların tikintisinə yönəldirilib.
Daha 46 milyon 355,218 Xidmətin əməkdaşların əmək haqqlarına, 8 milyon 230,217 min manat – Vergilər Nazirliyinin ştatdankənar əməkdaşlarının əmək haqqlarına, 14 milyon 83,562 min manat – icbari sosial sığortra, 3 milyon 2,414 min manat – proqram təminatı və informaiya bazası, 12 milyon 760,953 min manat – maşın və avadnlıqlara yönəldilib.
2021-ci il yanvarın 1-nə fondun qalıq vəsaiti 585,755 min manat təşkil edir. (İnterfaks)