İlk 3 gündə 135 ədəd satılan kitaba mühasibatlıq və vergi sahəsində çalışanlar böyük maraq göstərib.
Eləcə də bax: «A-dan Z-yə Kargüzarlıq» kitabının - TƏKMİLLƏŞDİRİLMİŞ NƏŞRİ SATIŞA ÇIXIB
FED.az məlumat verir ki, mühasibat uçotu, vergi qanunvericiliyinin şərhi, əmək münasibətləri və kargüzarlıq sahəsində ixtisaslaşmış nəşrləri ilə həmkarlarının rəğbətini qazanan Mks.az saytı “Vergi Uçotu A-dan Z-yə” kitabının II təkmilləşdirilmiş nəşrini satışa çıxarıb.
Anar Bayramovun müəllifi olduğu, 44 bölmədən və 1056 səhifədən ibarət nәşrdə pandemiya ilə bağlı Vergi Məcəlləsində və “Sosial Sığorta haqqında” AR Qanununda olunan son dəyişikliklər nəzərə alınıb.
2 iyun 2020-ci il tarixinә Vergi Məcəlləsinin və əlaqəli qanunvericiliyin şərhini nəzərdə tutulan kitabda praktiki vergi məsələləri misal və nümunələrin köməyi ilə detallı və şadə şəkildə izah olunur, bəyannamələrin, o cümlədən Vahid Bәyannamәnin tәrtibi addım-addım göstərilir, xəta bildirişlərinin izahı verilir.
Bundan əlavə, kitaba mühasiblərin әn çox ehtiyac duyduqları müxtәlif sәnәd nümunәlәri – protokollar, müqavilәlәr, әmrlәr, avans hesabatı, işçilәrin ezamiyyәyә göndәrilmәsi planı, aktlar, invoys vә digәr sәnәdlәr daxil edilib.
Hәmişә olduğu kimi kitabın üzәrindә xüsusi proqram tәminatı әsasında hazırlanmış, mәtndә vә başlıqda söz, ifadә vә cümlә axtarışına imkan yaradan, qanunvericilik aktlarının qanunlar, mәcәllәlәr, fәrmanlar, qaydalar və sәrәncamlar şәklindә qruplaşdırıldığı CD disk dә yerlәşdirilib.
Kitabı aşağıdakı əlaqə vasitәlәrdәn istifadә etmәklә sifariş edə bilərsiniz: (012) 564 86 85, (050) 368 12 72, [email protected].
Kitabın dəyərini nağd və ya köçürmə yolu ilə ödəyə bilrəsiniz, hər bir hala uyğun zəruri sənədlərləşmə təmin edilir.
Həmişəki kimi ünvana ödənişsiz çatdırılma xidməti var.