Mühasibatlıq, vergi və HR işi sahəsində ixtisaslaşmış nəşrləri ilə tanınan www.mks.az saytının yeni - “A-dan Z-yə Kargüzarlıq” kitabının ikinci təkmilləşdirilmiş nəşri satışa çıxıb.
FED.az xəbər verir ki, nəfis tərtibata malik, 592 səhifəlik kitabda ilkin olaraq dövlət və özəl təşkilatlarda kargüzarlığın təşkilinə, sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə olan ümumi (sənədin mətni, başlığı, istinad, tarix, viza, qoşma, dərkənar, təsdiq qrifi və sair) və hər bir sənəd növü üzrə (əmr, ərizə, akt, müqavilə, təlimat, xidməti yazı və sair) xüsusi tələblər nəzərdən keçirilib.
Birinci nəşrlə müqayisədə kitabın həcmi 2 dəfə böyüyüb, nəşrə 300 səhifəlik 10 yeni bölmə əlavə olunub.
Kitabda işə qəbul, başqa işə keçirmə, işdən kənarlaşdırma, işdən azad olunma, qısaldımış, natamam və əlavə iş vaxtının sənədləşdirilməsi, bütün növ məzuniyyət və müavinətlərin, xidməti ezamiyyətin rəsmiləşdirilməsi, əmək kitabçalarına yazılışların və düzəlişlərin aparılması, ştat cədvəlinin tərtibi və ona dəyişikliklər edilməsi, kadr sənədlərinin müxtəlif kitablarda (jurnallarda) qeydiyyatı geniş şəkildə şərh olunub, praktikada istifadsəi zəruri olan bütün nümunəvi sənəd formaları verilib.
Kitabda işlərin nomenklatur siyahısının tərtibi, sənədlərin arxivləşdirilməsi, onların dəyərinin ekspertizası, arxiv idarələrinin təhvil verilməsi prosedurları, mühafizəsi və məhvi məsələlərinə ayrıca bölmə həsr olunub.
Günümüzün vacib məsələlərindən olan işgüzar yazışmaların (məktublar, e-mail yazışmaları) qızıl qaydaları, prinsipləri kitabda ayrıca nəzərdən keçirilib.
Kitabın üzərində yerləşdirilən CD diskdə müvafiq qanunvericilik aktları və sənəd formaları yerləşdirilib.
“A-dan Z-yə Kargüzarlıq” kitabını (012) 564 86 85, (050) 368 12 72 telefonlarından, [email protected] elektron ünvanından və saytın Facebook səhifəsindən sifariş vermək mümkündür.
Qeyd edək ki, kitab sifariş əsasında, əlavə xidmət haqqı olmadan ünvana çatdırılır.