“Koronavirus infeksiyasının dünyada neft-qaz istehsal və emal edən dövlətlərin gəlirlərinə də müəyyən qədər təsirləri var”.
Eləcə də bax: Büdcəyə yığılan vergi və gömrük rüsumları azaldılır – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, Azərbaycanın da ümumdaxili məhsulunda (ÜDM) geriləmə və azalmalar, hər iki amil nəzərə alınmaqla rəqəmlər şəklində ifadə olunub: “Qeyri-neft, qaz sektorunda cəmi 1.6 faiz azalma qeyd olunur. Lakin vergi daxilolmaları bir və ya bir neçə amildən asılı deyil. İqtisadi fəallığa təsir edən müəyyən hallar var. 2020-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları 103.5 faiz icra olunub. Sosial sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz tapşırıqları isə 113.2 faiz icra edilib”.