“2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə 2 il üçün 54 tədbirin həyata keçirilməsi müəyyənləşdirilib. Bu tədbirlərin həyata keçirilməsində ictimai təşkilatlar, qurumlar, assosiasiyalar və konsaltinq şirkətləri ilə birgə çalışırıq. Vergi orqanları biznes mühitinin cəlbediciliyinin artırılmasına töhfə verə biləcək bütün təkliflərin ətraflı müzakirəsinin təşkilinə hazırdır.
Azərbaycanda vergi ödəyicilərinin sayı - 7% ARTIB
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, işçi qrupun tərkibində hazırlanan islahat layihələrində özəl sektorun və vətəndaş cəmiyyətinin rəyinin müntəzəm və sistemli qaydada nəzərə alınmasına imkan verən mexanizm mövcuddur. Burada biznesin problemləri ilə yaxından və dərindən tanış olan konsaltinq şirkətləri və biznes assosiasiyaları, ictimai birliklər, beyin mərkəzləri, elm dairələri, müxtəlif dövlət qurumları, publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəssisə və təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər təmsil olunur.
DVX rəsmisi vurğulayıb ki, biznes strukturlarından gələn təkliflərin nəzərə alınması onların bu prosesə inamını və marağını daha da artırır. Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcək.