2023-cü ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.452.702 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Azərbaycanda ən çox hansı vergilərdə - YIĞIM PLANI ARTIRLDI? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,5 faiz, hüquqi şəxslərin sayı isə 9,7 faiz artıb.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 167,6 min təşkil edib, onlardan 105,4 mininin fəaliyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 10,4 faiz, aktiv kommersiya qurumlarının sayı isə 14 faiz artıb.
2023-cü ilin iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.490 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artım deməkdir.
Yanvar-may aylarında 6.945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,3 faizi yerli investisiyalı, 11,7 faizi xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,6 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.