Son 2 ildə sahibkarlarla keçirilən görüşlərdə Vergi Məcəlləsinə dəyişikliklər üçün iş adamlarından 400-ə yaxın təklif gəlib.
Eləcə də bax: Vergi Xidmətinin rəhbərliyi "Caspian Energy Club"da - SAHİBKARLARLA GÖRÜŞÜB
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov noyabrın 2-də Dövlət Vergi Xidmətinin və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə keçirilən B2G forumunda bildirib. Onun sözlərinə görə,
Məcəlləyə dəyişikliklərin hazırlanması üçün 2021-2022-ci illər ərzində sahibkarlarla 110-dan çox görüş keçirilib, bu görüşlərdə özəl sektordan 400-dən çox təklif alınıb.
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər 5 istiqaməti əhatə edir. Xidmət nümaynədəsi bildirib ki, bu dəyişikliklər biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vətəndaşların vergi yükünün aşağı salınması kimi məsələləri əhatə edir.
İş adamları bu forumda da Məcəllə ilə bağlı təkliflər verib, eləcə də Vergi Məcəlləsində əvvəlki illərdə edilmiş dəyişikliklər və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı suallar qaldırıblar. Vergi Xidməti məlumat yayıb ki, tədbir zamanı səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onlar dəyərləndiriləcək.