Xəbər verildiyi kimi, 2023-cü ildə Vergi Məcəlləsinə 100-dən artıq dəyişiklik nəzərdə tutulub.
FED.az xəbər verir ki, məcəlləyə dəyişikliklərin layihəsi artıq Milli Məclisə təqdim edilib və onun tezliklə təsdiqlənməsi gözlənilir.
Eləcə də bax: Azərbaycanda əhali 2,3 milyard manata yaxın avtomobil benzini və dizel yanacağı - ALIB
Dəyişikliklər biznesin stimullaşdırılması, Qarabağın bərpası ilə bağlı güzəştlərə, eləcə də vergi inzibatçılığının və vergi nəzarətinin daha da güclənməsinə aiddir.
Bu addımlardan biri kimi gələn ildən etibarən şirkətlərin və sahibkarların yanacaq xərcləri nəzarətə götürüləcək.
Məcəlləyə belə bir əlavə edilir:
50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.";
Bu dəyişiklik o deməkdir ki, gələn ildən etibarən şirkət və ya sahibkara məxsus olan avtomobillər yanacaqdoldurma məntəqələrində yanacaq kartı və ya talonla yanacaq alarsa, onda kassa çekində yanacağın vurulduğu avtomobilin nömrəsi də göstərilməlidir. Başqa sözlə, bundan sonra şirkətlərin yanacaq kartı ilə alınan yanacağın əslində hansı avtomobillərə vurulduğu nəzarətə götürələcək.
Xatırladaq ki, hazırda orta iri və kiçik şirkətlər, biznes qurumları yanacağı «yanacaq kart»ları vasitəsilə alırlar. Onlar yanacaq şirkətlərindən, məsələn «Azpetrol», «SOCAR petrol» və sairdən yanacaq kartı alırlar. Bu halda yanacaq şirkəti (məsələn «SOCAR petrol», «Azpetrol» və sair ) şirkətə qaimə verir və bu qaimə əsasında şirkətlər – yanacağa xərclədikləri pulu öz xərclərinə əlavə edirlər.
Amma müşahidələr göstərir ki, bu kartlar heç də həmişə şirkətin öz maşınları və əməkdaşları üçün istifadə olunmur.
Bəzi şirətlər bu kartları özləri istifadə etməkdənsə, onlarla əməkdaşlıq edən tərəfdaş şirkətlərə, məsələn ekspeditorlara verirlər. Belə vəziyyətdə yanacağı alan şirkət zərərə düşmür – həmin yanacağın pulu onsuz da onların xərclərinə daxil edilib və mənfəətdə özünü göstərəcək.
Bəziləri bu kartları ümumiyyətlə kənar adamlara verir, və ya bu kartlar vasitəsilə yanacaq, şirkətin maşınlarına deyil, onun əməkdaşlarının şəxsi maşınlarına vurulur.
Nəticədə bu yanacağın alınması üçün çəkilən xərc - şirkətn xərci kimi görünsə də, və şirkətin mənfəətinin aşağı olmasına və mənfəət vergisinin də aşağı olmasına səbəb olsa da, əslində bu yanacaq şirkətin ehtiyacları üçün sərf edilmir.
İndi isə Vergi Məcəlləsinə dəyişiklikdən sonra isə Vergi Xidməti bu məsələni nəzarətə götürəcək.
Belə ki, artıq gələn ildən yanacaq kartı ilə yanacaq vurularkən, çekin üzərində onun hansı avtomobilə vurulduğu göstəriləcək. Nəticədə yanacağın hansı avtomobilə vurulduğu məlum olduğuna görə, Vergi Xidməti bu maşının həmin şirkətin balansında olub-olmadığını araşdıracaq.
Yanacaq vuruan avtomobil şirkətin balansında olmasa, bu xərc artıq şirkətin xərci kii qəbul edilməyəcək və xərclərə daxil olunmayacaq.
Xatırladaq ki, təqribən eyni vəziyyət şirkətin mobil telefon danışıqlarına da aiddir Burada da mobil operatorlara ödəniş edilib nömrə alındığı halda, bəzən danışıqlar şirkət ehtiyacları üçün istifadə edilmir. Amma mobil danışıqlarda bu məsələni necəsə izləmək mümkündür. Belə ki, şirkətə vergi yoxlaması gələndə mobil telefon xərcərinin böyük olduğunu görüb, zəng edilən nömrələri alıb danışıqların kiminlə aparılmasını araşdıra bilər. Yanacaqda isə indiyədək bunu etmək mümkün deyildi.
Yanacaq çekində avtomobilin nömrəsinin görünməsi Vergi Xidmətinə əsas verir ki, bu avtomobilin şirkətə aid olub-olmadığını və ya şirkət tərəfdən icarəyə götürüldüyünü (təbii ki, rəsmi şəkildə) dəqiqləşdirsin.
Əgər məlum olsa ki, avtomobil şirkətin balansında deyil və icarəyə də götürülməyib, onda həmin yanacıq xərcləri şirkətin xərclərinə aid edilməyəcək.
Qeyd edək ki, dəyişikliklə xüsusi göstərilib ki, çekdə avtomobilin nömrəsi o vaxt göstəriləcək ki, yanaaq «yanacaq kartı» və talonla satılmış olsun. Qalan hallarda, məsələn adi adamlar öz maşınlarına yanacaq alanda onların avtomobilinin nömrəsinin çekdə göstərilməsi tələb olunmayacaq.