2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 294,4 milyon manat (cari məzənnə ilə $1 milyard 349,6 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Eləcə də bax: Azərbaycan “Premium Euro-95” markalı benzin idxalını - 34% AZALDIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,2% artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7% gəlir əldə edilib.
2021-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manat ($1,47 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir. (İnterfaks-Azərbaycan)