2021-ci ildə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17%, aksizlər üzrə 25%, mənfəət vergisi üzrə isə 16,3% artıb.
Eləcə də bax: Azərbaycanda özəl sektordan vergi daxilolmaları ötən il - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
Nazir qeyd edib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1%, pərakəndə ticarətdə 53,7%, sənayedə 29,3% və xidmət sektorunda 19,7% müşahidə olunub.