2021-ci ildə özəl sektordan vergi daxilolmaları 24% artaraq 6,9 mlrd. manata çatıb.
Eləcə də bax: "Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 20,3% artaraq 4,8 mlrd. manat olub və cəmi qeyri-neft daxilolmalarında xüsusi çəkisi 75,5%-ə yüksəlib.