İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri ilə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında onlayn görüş keçirilib.
Eləcə də bax: Azərbaycan holdinqinin büdcəyə vergi borcu var – MƏBLƏĞ
FED.az ABA-ya istinadən xəbər verir ki, görüşdə vergi borcları üzrə sərəncamların hesab üzrə icra edilməsi, müvafiq proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub, tərəfləri maraqlandıran suallara cavab verilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür. (Report)