ABŞ prezidenti Donald Tramp milyonçular üçün vergiləri qaldırmaqdan imtina edərək, bunu “dağıdıcı” ideya adlandırıb.
Tramp Çinə tarifləri azaldacaq
FED.az xəbər verir ki, bu haqda “Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Məncə, belə olsa əksər milyonçular ölkəni tərk edər... Əvvəl onlar ştatdan ştata köçürdülərsə, artıq ölkədən köçəcəklər”, - deyə Tramp bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, buna qədər analoji qərarlar çıxaran ölkələrdən “zəngin vətəndaşların” axını müşahidə olunub.
Bundan əvvəl “Semafor” portalı Donald Trampın ABŞ-də yaşayan ən zəngin insanlar üçün vergi həcmini qaldırmağın mümkünlüyünü nəzərdən keçirdiyini yazırdı. (Trend)