ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çindən gələn mallara rüsumları azaldacağını, lakin istənilən halda tarif dərəcəsinin sıfır olmayacağını bildirib.
Çin dünya ölkələrini xəbərdar edib
FED.az xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“145 % (ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi cari tariflər – red.) çoxdur, onlar o qədər də yüksək olmayacaq”, - o qeyd edib. "Əlbəttə ki, onlar o qədər də yüksək olmayacaqlar. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcəklər, lakin sıfır olmayacaq", - Tramp deyib. (Report)